Dunya xəbərləri

Liviyada içərisində 300 nəfərin olduğu yük maşını aşıb, 30 nəfər ölüb

16:00 14-02-2018

Liviyada içərisində 300 nəfərin olduğu yük maşını aşıb, 30 nəfər ölüb

Liviyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın “Sky news Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, Liviyanın cənub-qərbində, Tripolidən Beni Valid şəhəri istiqamətində hərəkət edən yük maşını aşıb.

 

Qəza nəticəsində 30-dək adam ölüb, 100-dən çox adam xəsarət alıb.

 

Yük maşınında 300-ə yaxın miqrantın olduğu deyilir. Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir. 

 

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

 



© APA 2018