Dunya xəbərləri

ABŞ-da iğtişaşlar nəticəsində azı 30 nəfər xəsarət alıb, 1 nəfər ölüb

00:57 13-08-2017

ABŞ-da iğtişaşlar nəticəsində azı 30 nəfər xəsarət alıb, 1 nəfər ölüb

ABŞ-ın Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş vermiş toqquşmalar nəticəsində azı 30 nəfər xəsarət alıb, 1 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilir.    

 

Məlumata görə, naməlum sürücü idarə etdiyi avtomobili etirazşılara çırpıb. Nəticədə 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb. İnsidenti törədən Sem Xayd adlı sürücü artıq saxlanılıb. Onun “ağ dərili milliyyətçi” olduğu bildirilir. Daha 15 nəfər şəhərin mərkəzində yürüş zamanı ultrasağçılarla toqquşmalar zamanı xəsarət alıb.    

 

Qeyd edək ki, ultrasağçılar hakimiyyət qurumlarının Vətəndaş müharibəsində Konfederasiya ordusunun generalı Robert Linin şəhər parkındakı heykəlini sökmək planına etiraz ediblər. Solçularla ultrasağçılar arasında ilk qarşıdurmalar avqustun 11-də qeydə alınıb.

 

Məlumata görə, aksiyalarda iştirak etmək üçün şəhərə ümumilikdə 6 minədək ultrasağçı gəlib. 

 



© APA 2017