Dunya xəbərləri

ABŞ-da məktəbdə silahlı insident baş verib, ölən və yaralananlar var

00:10 14-09-2017

ABŞ-da məktəbdə silahlı insident baş verib, ölən və yaralananlar var

ABŞ-ın Spokan şəhərində (Vaşinqton ştatı) məktəbdə silahlı insident baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.

 

Atəş açan şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir



© APA 2017