Dunya xəbərləri

ABŞ-da məsciddə partlayış planlaşdıran 3 şəxs həbs edilib

08:08 14-03-2018

ABŞ-da məsciddə partlayış planlaşdıran 3 şəxs həbs edilib

 

 

ABŞ-ın Minnesota ştatında 2017-ci ilin avqustunda məscidlərdən birində partlayış planlaşdıran 3 şəxs həbs edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 22-47 yaşlarında olan şəxslər İllinoys ştatında həbs ediliblər.   

 

Saxlanılan şəxslər həmçinin abort həyata keçirən tibb mərkəzini də partlatmağı planlaşdırıblar.  

 

Həbs edilən şəxslərdən pulemyot aşkarlanıb.  



© APA 2018