Dunya xəbərləri

ABŞ-da naməlum şəxs məktəb ərazisində atəş açıb, ölənlər var

22:29 14-11-2017

ABŞ-da naməlum şəxs məktəb ərazisində atəş açıb, ölənlər var

ABŞ-ın Kaliforniya ştatında naməlum silahlı şəxs məktəb ərazisində atəş açıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər ölüb. 

 

Atəş açan şəxsin öldürüldüyü bildirilir.  

 

Hadisə Tehama dairəsində ibtidai məktəbin həyətində baş verib. “Bir neçə məktəbli hadisə yerindən helikopterlə aparılıb”, - deyə şerif müavini Fil Conston bildirib. Polis hazırda məktəb binasında və yaxın ərazidə axtarış tədbirləri aparır.  



© APA 2017