Dunya xəbərləri

ABŞ-da sel və daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

05:02 13-01-2018

ABŞ-da sel və daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatında sel və daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Santa-Barbara dairəsinin şerifi Bil Braun bildirib.

 

Yanvarın 12-də xilasedicilər sel nəticəsində həyatını itirmiş 87 yaşlı kişinin meyitini aşkar ediblər. Bununla da ştat ərazisində təbii fəlakət qurbanlarının sayı 18-ə çatıb, 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Kaliforniyada sel və daşqınların yaranmasına aramsız leysan yağışlar səbəb olub. Təbii fəlakət nəticəsində 60 yaşayış evi dağılıb, 450 evə ziyan dəyib. 



© APA 2018