Dunya xəbərləri

ABŞ-da silahlı insident baş verib, azı 5 nəfər ölüb

23:21 16-05-2018

ABŞ-da silahlı insident baş verib, azı 5 nəfər ölüb

ABŞ-ın Ponder şəhərində (Texas ştatı) silahlı insident baş verib.

 

APA-nın REN TV-yə istinadən məlumatına görə, naməlum silahlı fərdi evdə azı 5 nəfəri güllələyərək öldürüb, daha 1 nəfər yaralanıb.

 

İlkin məlumata görə silahlı evə qarət məqsədi ilə daxil olub.

 

İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.



© APA 2018