Dunya xəbərləri

ABŞ İŞİD-lə bağlı iddiaları rədd edib

07:19 30-12-2017

ABŞ İŞİD-lə bağlı iddiaları rədd edib

ABŞ İŞİD terror qruplaşmasını dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edir.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Rebekka Riberix bəyan edib.

 

“Birləşmiş Ştatların İŞİD-ə dəstək verməsinə dair iddialar yalan və cəfəngiyatdır. Biz terrorçuları dəstəkləmirik. ABŞ tərəfdaşları ilə birgə terrorçuların yaxalanması, yaxud məhv edilməsi üzərində çalışır”, deyə Pentaqon rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya rəsmiləri ABŞ-ı İŞİD-ə dəstək verməkdə ittiham edib.



© APA 2018