Dunya xəbərləri

ABŞ Şimali və Cənubi Koreya arasındakı danışıqlara ciddi yanaşmayacaq

11:27 03-01-2018

ABŞ Şimali və Cənubi Koreya arasındakı danışıqlara ciddi yanaşmayacaq

“ABŞ Şimali Koreya və Cənubi Koreya arasındakı danışıqlara ciddi yanaşmayacaq”.

 

APA-nın “DW” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. O bildirib ki, müzakirələrdə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə toxunulmasa, ABŞ bu danışıqlara ciddi yanaşmayacaq.

 

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In demilitərizə edilmiş zona olan Pxanmunjomda xüsusi rabitə vasitəsilə Cənubi Koreya ilə danışıqlara başlamağı əmr edib. 

 

 



© APA 2018