Dunya xəbərləri

“Halkbank” rəsmisi İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilinib

02:25 04-01-2018

“Halkbank” rəsmisi İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilinib

ABŞ məhkəməsi Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkun Cənub dairəsinin prokuroru vəzifəsini icra edən Cun Kim bəyan edib.

 

Onun sözlərinə görə, Atilla barəsində hökm aprelin 11-də çıxarılacaq.

 

“Halkbank”-ın baş direktorunun müavini ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi M.H.Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib.



© APA 2018