Dunya xəbərləri

ABŞ rəsmən İrandakı aksiyaçıları dəstəkləyib

09:32 01-01-2018

ABŞ rəsmən İrandakı aksiyaçıları dəstəkləyib

Ağ ev rəsmən İrandakı aksiyaçıları dəstəkləyib

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, ABŞ İran xalqının dinc şəkildə öz fikrini ifadə etmək hüququnu dəstəkləyir, xalqın səsi eşidilməlidir.

 

S. Sanders bütün tərəfləri bu fundamental özünüifadə hüququna hörmətlə yanaşmağa və senzuraya kömək edən istənilən fəaliyyətə yol verməməyə çağırıb.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsində İranda keçirilən aksiyalara dəstəyini ifadə edib.

 

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Dünən Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfər ölüb. 



© APA 2018