Dunya xəbərləri

Senatın komitəsi Gina Haspelin MKİ direktorluğuna namizədliyini dəstəkləyib

18:49 16-05-2018

Senatın komitəsi Gina Haspelin MKİ direktorluğuna namizədliyini dəstəkləyib

ABŞ Senatının Kəşfiyyat komitəsi Gina Haspelin Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru vəzifəsinə namizədliyini dəstəkləyib.

 

APA-nın xəbərinə görə, bu barədə komitənin sədri Riçard Burr özünün “Tviter” səhifəsində yazıb.

 

Komitənin 10 üzvü lehinə, 5 üzvü isə əleyhinə səs verib.

 

G. Haspelin namizədliyi Senatın ümumi iclasında da səsə qoyulacaq. Bu vəzifəyə təsdiqlənərsə, G. Haspel ABŞ kəşfiyyat təşkilatına rəhbərlik edən ilk qadın olacaq.



© APA 2018