Dunya xəbərləri

Ağ Ev ABŞ və İsrailin İrana qarşı razılığa gəldiklərini təsdiqləyib

23:10 29-12-2017

Ağ Ev ABŞ və İsrailin İrana qarşı razılığa gəldiklərini təsdiqləyib

Rəsmi Vaşinqton ABŞ və İsrailin İrana qarşı razılığa gəldiklərini təsdiqləyib.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin rəsmi nümayəndəsi bildirib.

 

“İki ölkənin nümayəndə heyəti İranın düşmən siyasətinə qarşı durmaq üçün gələcək əməkdaşlığın ümumi çərçivəsi üzrə razılığa gəliblər”, deyə Ağ Evin nümayəndəsi qeyd edib.

 

Bundan əvvəl mətbuatda ABŞ və İsrailin Yaxın Şərqdə İranın təsirinin qarşısını almağa dair razılığa gəldikləri bildirilib. 



© APA 2018