Dunya xəbərləri

Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırıb

02:59 03-01-2018

Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırıb

 

 

Ağ Evin mətbuat katibi Sara Sanders İrandakı etirazları  “xalq üsyanı” adlandırıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, S.Sanders Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirərək, rəsmi Tehranı fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırıb.   

 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonun BMT TŞ-in təcili iclasını çağırmaq niyyətində olduğunu bildirib.  

 

Qeyd edək ki, İranda dekabrın 28-dən davam edən kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir. 



© APA 2018