Dunya xəbərləri

Dövlət Departamenti: ABŞ prezidenti Çinə səfər edəcək

01:17 14-09-2017

Dövlət Departamenti: ABŞ prezidenti Çinə səfər edəcək

ABŞ prezidenti Donald Tramp Çinə səfər edəcək.

 

APA-nın RİA Novosti  agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyan edib.

 

“Prezident Çinə bu payız səfər etməyi planlaşdırır. Amma səfərin dəqiq tarixi hələ məlum deyil”, deyə H.Noyert bildirib.

 

Qeyd edək ki, bundan  əvvəl Honkonqda olan  D.Trampın strateji məsələlər üzrə sabiq müşaviri Stiv Bennon “South China Morning Post” nəşrinə müsahibəsində səfərin noyabr ayında gerçəkləşəcəyini bildirib. 



© APA 2017