Dunya xəbərləri

Floridada qocalar evində qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatıb

03:04 14-09-2017

Floridada qocalar evində qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatıb

ABŞ-ın Hollivud şəhərində (Florida ştatı) qocalar evində "İrma" qasırğası nəticəsində ölənlərin sayı 8-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 nəfərin öldüyü, 120 nəfərin təxliyə olunduğu bildirilirdi.

 

Ölüm səbəbi və hadisənin detalları hələ müəyyənləşdirilməyib. Məlumdur ki, təbii fəlakət zamanı qocalar evinə verilən elektrik enerjisi kəsilib. Polis faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Beləliklə, Florida ştatında “İrma” qasırğası nəticəsində 21 nəfər, Cənubi Karolina ştatında 4, Corciyada 2 nəfər həyatını itirib. Ötən həftə isə Karib adalarında qasırğa nəticəsində 20-dən çox insan ölüb. Qeyd edək ki, “İrma” son 10 ilin ən güclü qasırğası sayılır.



© APA 2017