Dunya xəbərləri

Kaliforniyanın bölünməsi ilə bağlı referendum keçiriləcək

18:47 13-06-2018

Kaliforniyanın bölünməsi ilə bağlı referendum keçiriləcək

ABŞ-ın Kaliforniya ştatı 3 yerə bölünə bilər.

 

APA-nın “Fox News”a istinadən verdiyi xəbərə görə, noyabrın 6-da bununla bağlı referendum keçiriləcək. 

 

Kaliforniyanın bölünməsi ideyası investor Timotu Dreyperə məxsusdur. O, referendumun keçirilməsi üçün lazım olandan çox - 402 min imza toplayıb. Təklifə əsasən Kaliforniyanın mərkəzi, cənubi və şimali olmaqla, 3 hissəyə bölünməsi nəzərdə tutulur.

 

Lakin ştatda keçirilən rəy sorğusuna əsasən əhalinin 72%-i bölünmənin əleyhinədir. Hətta referendumda təklif qəbul olunsa belə, bunun ştatın hökuməti və ABŞ Konqresi tərəfindən təsdiqlənməsi tələb olunur. 



© APA 2018