Dunya xəbərləri

Kolumbiyada gecə klubunda qumbara partlayıb, 30 nəfər yaralanıb

20:35 29-12-2017

Kolumbiyada gecə klubunda qumbara partlayıb, 30 nəfər yaralanıb

Kolumbiyanın Kaukasiya şəhərində gecə klubunda qumbara partlayıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə,  insident nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılardan 11-in vəziyyəti ağırdır.

 

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən bir kişi və bir qadın saxlanılıb. 



© APA 2018