Dunya xəbərləri

Kosta Rikada təyyarə qəzası nəticəsində 10 ABŞ vətəndaşı ölüb

03:55 01-01-2018

Kosta Rikada təyyarə qəzası nəticəsində 10 ABŞ vətəndaşı ölüb

 

Kosta-Rikada təyyarənin qəzaya uğraması nəticəsində 10 ABŞ vətəndaşı və iki yerli pillot ölüb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kosta Rika prezidenti Luis Gilyermo Solid bildirib. 

 

Prezident əlaqədar başsağlığı bildirərək, hadisənin Quanakasta yaşayış məntəqəsinin yaxınlığında baş verdiyini bildirib. Məlumata görə, "Nature Air" aviaşirkətinə məxsus TI-BEI tipli təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb, hadisə yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. 



© APA 2018