Dunya xəbərləri

Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb

01:21 12-07-2018

Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb

Nikaraquada apreldən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Nikaraqua insan haqları Assosiasiyası” məlumat yayıb.

 

Məlumata əsasən, təkcə son səkkiz gündə ölkədə keçirilən müxtəlif etiraz aksiyalarında 40 nəfər həyatını itirib, 2 mindən çoxu yaralanıb.

 

“Prensa” portalının xəbərinə görə, iğtişaşlarda  306 mülki şəxs, 28 hökumət yönlü silahlı dəstə üzvü, 16 polis əməkdaşı və 1 hərbçi ölüb.

 

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər.  Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.



© APA 2018