Dunya xəbərləri

Nyu-Yorkda yanğın nəticəsində 23 nəfər xəsarət alıb

00:36 03-01-2018

Nyu-Yorkda yanğın nəticəsində 23 nəfər xəsarət alıb

Nyu-Yorkun Bronks rayonunda yanğın nəticəsində  23 nəfər xəsarət alıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerində yanğının söndürülməsi istiqamətində işlər, habelə xilasetmə əməliyyatı davam edir. Xəsarət alanlardan 22-si mülki şəxs, biri isə yanğınsöndürəndir.

 

Yanğının səbəbləri hələlik açıqlanmır.  

 

Bir neçə gün əvvəl Bronksda baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb.  



© APA 2018