Dunya xəbərləri

Müdafiə naziri: “Ukraynada ABŞ hərbçilərinin sayı dəyişməz qalacaq”

02:42 30-12-2017

Müdafiə naziri: “Ukraynada ABŞ hərbçilərinin sayı dəyişməz qalacaq”

Ukraynada ABŞ qoşunlarının rolu və sayı dəyişməz olaraq qalacaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

 

“Ukrayna ordusunun NATO standartlarına uyğun hazırlanmasına kömək edən müəyyən sayda təlimatçılarımız var. Və onların rolu dəyişməz olaraq qalacaq”, deyə C.Mettis jurnalistlərə deyib.

 

Pentaqon rəhbəri həmçinin vurğulayıb ki, Ukraynada ABŞ hərbçilərinin sayının artırılması planlaşdırılmır. 



© APA 2018