Dunya xəbərləri

Tramp Hillari Klintonun köməkçisini həbs etməyə çağırıb

06:38 03-01-2018

Tramp Hillari Klintonun köməkçisini həbs etməyə çağırıb

 

 

ABŞ prezidenti Donald Tramp ölkə prezidentliyinə sabiq namizəd Hillari Klintonun köməkçisi Huma Abedini həbs etməyə çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Tvitter”də yazıb.  

 

“Fırıldaqçılığa meylli Hillari Klintonun köməkçisi Huma Abedin təhlükəsizliyə dair əsas protokollara əməl etməkdən imtina edir. O məxfi parolları xarici casuslara, demək olar ki, vermiş oldu...  Həbsxana!”, - deyə Tramp qeyd edib.

 

Qeyd edək ki,  Huma Abedinin həyat yoldaşı intim şəkillər yaydığına görə ötən il 21 ay həbs cəzasına məhkum edilib. 



© APA 2018