Dunya xəbərləri

Tramp Səudiyyə Ərəbistanına yola düşüb

23:31 19-05-2017

Tramp Səudiyyə Ərəbistanına yola düşüb

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına yola düşüb.

 

APA-nın xəbərinə görə, Tramp ilk xarici turne çərçivəsində həmçinin İsrail və Vatikana səfər edəcək, NATO-nun Brüssel sammitində və G-7 liderlərinin Siciliyada keçiriləcək görüşündə iştirak edəcək.

 

ABŞ dövlət başçısını dövlət katibi Reks Tillerson, digər rəsmi şəxslər, eləcə də həyat yoldaşı Melanya və qızı İvanka müşayiət edir.  



© APA 2017