Dunya xəbərləri

Trampın Nobel mükafatına namizədliyi təklif edilib

10:18 14-06-2018

Trampın Nobel mükafatına namizədliyi təklif edilib

Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair sazişə verdiyi töhfəyə görə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi təklif edilib.

 

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu təşəbbüslə Norveç Tərəqqi Partiyasının iki üzvü çıxış edib.

 

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ evə gələndən 9 ay sonra Nobel sülh mükafatına layiq görülmüşdü. O, beynəlxalq diplomatiya və xalq arasında əməkdaşlığın gücləndirilməsi üçün müstəsna səylərinə görə mükafatlandırılmışdı.



© APA 2018