Dunya xəbərləri

Vaşinqton Çin mallarına idxal rüsumu tətbiq etməyi planlaşdırır

07:19 14-03-2018

Vaşinqton Çin mallarına idxal rüsumu tətbiq etməyi planlaşdırır

ABŞ Çin istehsalı olan mallarına idxal rüsumu tətbiq etməyi planlaşdırır. APA-nın “Politico”ya istinadən verdiyi xəbərə görə, rüsumların tətbiq ediləcəyi təqdirdə Çin ildə 30 milyard dollaradək zərər çəkəcək.

 

Nəşr qeyd edir ki, yeni rüsumların tətbiqi amerikalı istehsalçıların intellektual hüquqlarını pozan Çinə cavab tədbiri hesab edilə bilər.    

 

Məlumata görə, təklifin təşəbbüskarı ABŞ-ın ticarət nümayəndəsi Robert Laytxayzer olub.  



© APA 2018