Dunya xəbərləri

Venesuelanın sabiq DİN rəhbəri saxlanılıb

07:34 14-03-2018

Venesuelanın sabiq DİN rəhbəri saxlanılıb

Venesuela xüsusi xidmət orqanlarının əməkdaşları ölkənin sabiq DİN rəhbəri Miqel Rodriqes Torres saxlanılıb.  

 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sabiq nazir paytaxt Karakasdakı otellərdən birində keçirilən tədbirdə iştirak edən zaman saxlanılıb. Hazırda onun hərbi əks-kəşfiyyat idarəsində dindirildiyi bildirilir.

 

Qeyd edək ki, bundan əvvəl  Miqel  Torresin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olması barədə ittihamlar səsləndirilib.

 



© APA 2018