Dunya xəbərləri

Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

01:01 20-05-2017

Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

İraqın paytaxtı Bağdadda ardıcıl törədilən iki partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb, 20 nəfər yaralanıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən 4-ü polis zabitləridir.

 

Terror aktlarına  görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

***

 

00:25

 

İraqın paytaxtı Bağdadda bir-birinin ardınca iki partlayış baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktları şəhərin cənub bölgəsində qeydə alınıb.

 

Əvvəl polis, daha sonra isə nəzarət-keçid məntəqəsi qarşısında minalanmış avtomobillərin partladılması nəticəsində bir nəfər ölüb, beşi yaralanıb.

 

Bundan əvvəl İraqın cənubunda minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Terror aktlarına  görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.



© APA 2017