Dunya xəbərləri

BMT baş katibi: "Myanmarda müsəlmanlara qarşı zorakılığa son qoyulmalıdır"

21:27 13-09-2017

BMT baş katibi:

BMT-nin baş katibi Antoniu Quterreş Myanmar hökumətini ölkədə hərbi əməliyyatlara və Rohingya müsəlmanlarına qarşı zorakılığa son qoymağa çağırıb.

 

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, baş katib bəyan edib ki, hazırkı vəziyyət regionu böhrana sürükləyir.

 

“Myanmarda humanitar vəziyyət fəlakət həddindədir”, - deyə A.Quterreş vurğulayıb. O, qaçqınlara təcili humanitar yardım göstərməyə çağırıb.

 

Qeyd edək ki, avqustun sonunda “Arakan Rohingya Qurtuluş Ordusu” qruplaşması ilə Myanmar hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa məcbur olub.  



© APA 2017