Dunya xəbərləri

BMT komissiyasının üzvü: “Əsədin hərbi cinayətləri barədə sübutlara malikik”

16:30 13-08-2017

BMT komissiyasının üzvü: “Əsədin hərbi cinayətləri barədə sübutlara malikik”

BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvü Karl del Ponte Suriya prezidenti Bəşər Əsədin hərbi cinayətlərdə ittiham edilməsi üçün yetərli sübuta malik olduqlarını bəyan edib.

 

APA-nın məlumatına görə, Karl Del Ponte İsveçin “Le Matin Dimanche” nəşrinə müsahibəsində deyib ki, prokuror, məhkəmə olmamasına baxmayaraq, ilkin işlər görülüb.

 

Bununla belə, BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvü Rusiyanın BMT Təhlükəsizlik Şurasında Suriyada cinayətlər üzrə beynəlxalq tribunal yaradılmasına veto qoyduğunu xatırladıb və bu durumun onu narahat etdiyini vurğulayıb: “Suriyada ədalət təmin olunmayana qədər sülh olmayacaq. Suriyada baş verənlər faciədir. Mən heç vaxt belə sərt münaqişə görməmişəm, uşaqlar münaqişənin əsas qurbanlarıdır”.

 

Karl Del Ponte sentyabrın 18-də BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvlüyündən istefa verəcəyini də açıqlayıb.

 

Qeyd edək ki, Karl Del Ponte BMT-nin Yuqoslaviya üzrə Beynəlxalq Tribunalının prokuroru olub. O, 2012-ci ildən BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvüdür. 



© APA 2017