Dunya xəbərləri

BMT TŞ-da Suriyanın Rəqqa şəhərindəki vəziyyətlə bağlı brifinq keçiriləcək

06:35 17-04-2018

BMT TŞ-da Suriyanın Rəqqa şəhərindəki vəziyyətlə bağlı brifinq keçiriləcək

Bu gün BMT Təhlükəsizlik Şurasında Suriyanın Rəqqa şəhərində və “Ər-Rukban” qaçqın düşərgəsindəki humanitar vəziyyətlə bağlı açıq brifinq keçiriləcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi Fyodor Strjijovskiy bildirib.

 

Onun sözlərinə görə, brifinq rəsmi Moskvanın təşəbbüsü ilə baş tutacaq.  Tədbirdə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun çıxışı gözlənilir. Brifinq Şuranın axşam iclasında keçiriləcək.



© APA 2018