Dunya xəbərləri

Çin Trampın Şimali Koreya ilə bağlı ittihamlarını rədd edib

02:04 30-12-2017

Çin Trampın Şimali Koreya ilə bağlı ittihamlarını rədd edib

Rəsmi Pekin Şimali Koreyaya gizli yollarla neft və neft məsullarını ixrac etmədiyini bəyan edərək ABŞ prezidenti Donald Trampın ittihamlarını rədd edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Xua Çuninin açıqlamasında deyilir.

 

“Çin daim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edir və beynəlxalq öhdəlikləri  tam yerinə yetirir. Biz heç zaman Çin şirkətləri və vətəndaşlarına qətnamələri pozmağa imkan verməmişik", deyə XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Çini Şimali Koreyaya neft nəql etməkdə günahlandırıb. “Bu olduqca məyusedicidir", Tramp “Tvitter” hesabında yazıb.



© APA 2018