Dunya xəbərləri

Çində güclü qasırğa ilə əlaqədar 580 min insan təxliyə edilib

06:51 12-07-2018

Çində güclü qasırğa ilə əlaqədar 580 min insan təxliyə edilib

Çin hökuməti “Mariya” qasırğası ilə əlaqədar 580 min insan təxliyə edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli yağış və güclü küləklə müşayiət olunan qasırğa iyulun 11-dən Çinin şərq  sahillərini cənginə alıb.

 

Təbii fəlakət dəmir yolu və hava nəqliyyatının hərəkətini iflic edib.

 

Çin KİV-lərinin hesablamalarına görə, hazırda ölkəyə dəyən birbaşa iqtisadi ziyanın həcmi 73,4 milyon ABŞ dolları təşkil edir.



© APA 2018