Dunya xəbərləri

Çində leysan yağışlar 18 nəfərin ölümünə səbəb olub

06:17 17-07-2017

Çində leysan yağışlar 18 nəfərin ölümünə səbəb olub

Çinin şimal-şərqində tüğyan edən güclü leysan yağışlar 18 nəfərin həyatına son qoyub, daha 18 nəfər itkin düşmüş hesab olunur.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli yağıntılar çaylarda suyun səviyyəsini kəskin artırıb, regionda 320 min insana ziyan dəyib, təxminən 115 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

 

Szilin əyalətində bir sıra yaşayış məntəqələri işıqsız qalıb, yollar dağılıb, rabitə əlaqəsi pozulub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 32 min xilasedici səfərbər olunub.



© APA 2017