Dunya xəbərləri

Əfqanıstanda 20-dən çox silahlı məhv edilib

03:19 02-01-2018

Əfqanıstanda 20-dən çox silahlı məhv edilib

Əfqanıstan ordusunun Gilmənd əyalətində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində azı 21 silahlı məhv edilib.

 

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə əyalət hökumətinin rəsmi nümayəndəsi məlumat verib.

 

Onun sözlərinə əsasən, son əməliyyat və hava zərbələri nəticəsində “Taliban” hərəkatının 3 yerli lideri daxil olmaqla, əyalətdə azı 21 silahlı məhv edilib.

 

Qeyd edək ki, son il ərzində Əfqanıstanda vəziyyət gərginləşib. Ölkənin şərq, cənub və şimal bölgələrində "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. 



© APA 2018