Dunya xəbərləri

Əfqanıstanda 65 İŞİD üzvü zərərsizləşdirilib

12:17 02-01-2018

Əfqanıstanda 65 İŞİD üzvü zərərsizləşdirilib

Əfqanıstan Silahlı Qüvvələrinin bu gün keçirdiyi əməliyyat zamanı 65 İŞİD üzvü zərərsizləşdirilib.

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Tolo News” kanalı məlumat yayıb. Nanqarhar vilayəti qubernatorunun nümayəndəsi Ataullı Xoqiyani bildirib ki, Xaska Mina regionunda havadan və qurudan edilən hücum zamanı daha 18 nəfər yaralanıb.

 

Əməliyyat zamanı bir dinc sakin həlak olub, daha 13 nəfər yaralanıb.



© APA 2018