Dunya xəbərləri

Əfqanıstanda ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb

21:26 02-01-2018

Əfqanıstanda ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb

Əfqanıstanda silahlılarla atışma nəticəsində bir ABŞ hərbçisi həlak olub, daha 4 nəfəri isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident yanvarın 1-də Nanqarxar əyalətinin Açin rayonunda baş verib.   

 

Son zamanlar Əfqanıstanda “Taliban” və İŞİD radikal qruplaşmalarının xeyli aktivləşdiyi müşahidə olunur.

 

 



© APA 2018