Dunya xəbərləri

Əfqanıstanda "Taliban"la atışmada 22 hərbçi həlak olub

10:09 14-11-2017

Əfqanıstanda

Əfqanıstanda "Taliban" döyüşçülərinin hücumu nəticəsində 22 hərbçi həlak olub, 15-i yaralanıb.  

 

APA-nın "Tolo News" telekanalına istinadən verdiyi məlumata görə, noyabrın 13-də axşam saatlarında Qəndahar əyalətində hərbçilərlə "talibançılar" arasında atışma baş verib.

 

Yerli polis məlumat verir ki, atışma iki saat çəksə də, bu, son illər "Taliban"ın həyata keçirdiyi ən irimiqyaslı hücum əməliyyatı olub.

 

Əfqanıstan hərbçiləri 40 "Taliban" döyüşçüsünü məhv edib, 35 yaraqlı isə yaralanıb.

 

Hökumət qüvvələri arasında itkilərin sayı dəqiqləşdirilir.



© APA 2017