Dunya xəbərləri

Hindistanda terrorçular polis düşərgəsinə hücum edib

17:26 31-12-2017

Hindistanda terrorçular polis düşərgəsinə hücum edib

Bu gün qumbaraatanla silahlanmış iki terrorçu Hindistan polisinin Kəşmir ştatındakı ehtiyat qüvvələr düşərgəsinə hücum edib.

 

APA-nın "Hindustan Times" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular düşərgədəki hospitalı hədəf seçiblər.

 

Atışma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı ölüb, 2 polis əməkdaşı yaralanıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində binada gizlənən terrorçular neytrallaşdırılıb.

 

Polis düşərgəsinə hücuma görə məsuliyyəti Mövlan Məsud Əzharın rəhbərlik etdiyi "Ceyş-əl-Muhamməd” terrorçu təşkilatı öz üzərinə götürüb. 



© APA 2018