Dunya xəbərləri

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb - YENİLƏNİB

20:31 13-08-2017

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb - YENİLƏNİB

Hindistanın Ximaçal-Pradeş ştatında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilirdiı.

 

Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir. 

 

***

 

11:14

 

Hindistanın Ximaçal-Pradeş ştatında torpaq sürüşməsi olub.

 

APA-nın İANS agentliyinə istinadən verdiyi məlumata görə, Mandi dairəsində ölkə əhəmiyyətli yolda baş verən sürüşmə zamanı iki şirkət avtobusu torpaq kütləsi altında qalıb.

 

Nəticədə ən azı 7 nəfər ölüb, 10 nəfər itkin düşüb.  Ölənlərin sayının 50 nəfərə çatacağı proqnozlaşdırılır. Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı aparılır. İndiyə qədər 5 nəfər xilas edilib. 



© APA 2017