Dunya xəbərləri

İndoneziyada 6,4 maqnitudalı zəlzələ baş verib

09:36 13-08-2017

İndoneziyada 6,4 maqnitudalı zəlzələ baş verib

Bu gün İndoneziya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Sumatra adasındakı Benkulu şəhərindən 76 km qərbdə, 54 km dərinlikdə yerləşib.

 

Dağıntı və sunami təhlükəsi barədə məlumat daxil olmayıb. 



© APA 2017