Dunya xəbərləri

İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb - YENİLƏNİB

22:52 29-12-2017

İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb - YENİLƏNİB

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail güc strukturları ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində yaralananların sayı 303-ə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildiribş

 

“Bu gün iğtişaşlarda 170 fələstinli yaralanıb, onlardan 50-si güllə yarası alıb, 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. 100-dən çox insan gözyaşardıcı qazdan zəhərlənib”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. 

 

Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 133 fələstinliyə tibbi yardım göstərilib. 

 

***

 

20:51

 

Bu gün İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda 176 fələstinli xəsarət alıb

 

 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan 43-ü xəstəxanalara çatdırılıb.

 

İordan çayının qərb sahilində və Qəzza zolağında “Qəzəb günü” HƏMAS və "Fəth" hərəkatlarının çağırışı ilə keçirilir.

 

Etirazlara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarıdır.  Qeyd edək ki,  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.

 



© APA 2018