Dunya xəbərləri

İran-İraq sərhədində 4,1 bal gücündə zəlzələ olub

04:16 12-07-2018

İran-İraq sərhədində 4,1 bal gücündə zəlzələ olub

İran-İraq sərhədində 4,1 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

Yerli vaxtla saat 02:35-də qeydə alınan yeraltı təkanların episentri İraqın Bəsrə şəhərindən 46 km şimalda, ocağı 24 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayı

 

Xatırladaq ki, 2017-ci il, noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.



© APA 2018