Dunya xəbərləri

İran-İraq sərhədində zəlzələ baş verib

22:14 29-12-2017

İran-İraq sərhədində zəlzələ baş verib

İran-İraq sərhədində 4,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

Yeraltı təkanların episentri İranın Sərpol Zəhab şəhərindən 41 km şimal-qərbdə, ocağı 14 km dərinlikdə yerləşib.

 

 Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.



© APA 2018