Dunya xəbərləri

İran XİN: İsrail gec-tez lazımi cavabı alacaq

16:15 16-04-2018

İran XİN: İsrail gec-tez lazımi cavabı alacaq

“Beynəlxalq qanunlara zidd olan bu təcavüzkar addım müharibəni alovlandıracaq bir addımdır”.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü  Bəhram ABŞ, Fransa və İngiltərənin Suriyada həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirərkən deyib.  

 

B. Qasimi bildirib ki, İran və Rusiyanın strateji əməkdaşlığı davam etdiriləcək: “Lakin bütün məsələlərdə eyni fikirdə olmağımızı gözlənən deyil. Bu, qəbul edilmiş bir qaydadır və təbiidir. Narahatlığa əsas yoxdur”.

 

İran XİN sözçüsü Suriyaya daha böyük hücumun mümkünlüyünə dair suala cavabında qeyd edib ki, bu addım ABŞ tərəfindən ilk dəfə deyil atılır: “Onlar ekspansiya məqsədilə hər dəfə bir yalan və bəhanələrdən istifadə edirlər. Regionda gördüyümüz hərc-mərclik  ABŞ-ın strateji səhvlərinin nəticəsidir”.

 

Suriyada Tayfur hərbi aerodromuna İsrail hücumu barədə sualı cavablandıran B. Qasimi vurğulayıb ki, Suriya ərazisinə istənilən təcavüz qanunsuzdur: “Bu, İsrailin regionun müsəlman xalqlarına qarşı düşmənçilik siyasətindən irəli gəlir. İsrail gec-tez lazımi cavabı alacaq. Onlar atdıqları addımlara görə cəzadan yayına bilməyəcəklər“.



© APA 2018