Dunya xəbərləri

İranda baş verən iğtişaşlar nəticəsində 4 nəfər ölüb, 3-ü yaralanıb

23:02 01-01-2018

İranda baş verən iğtişaşlar nəticəsində 4 nəfər ölüb, 3-ü yaralanıb

Bu gün İranın Həmədan əyalətinin Tuysirkan  şəhərində baş verən iğtişaşlar nəticəsində 3 nəfər ölüb. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Həmədan əyalət başçısının təhlükəsizlik məsələləri üzrə müavini  Səid Şahroxi deyib.  O insidentlə əlaqədar saxlanılanların olduğunu da qeyd edib.

 

Digər məlumata görə, İsfahan əyalətinin Nəcəfabad şəhərində  bir nəfər  ov silahı ilə  polisə atəş açıb. Hadisə nəticəsində 1 polis ölüb, 3 nəfər yaralanıb.

 

Polisin məlumatına görə, Gülüstan əyalətinin Azadşəhr  şəhərində  4 nəfər həbs olunub.  Həbs olunan şəxslərin birinin evində aparılan axtarış zamanı çox sayda partlayıcı maddə aşkarlanıb.

 

Qeyd edək ki, bundan əvvəl İranda etiraz aksiyalarında ölənlərin sayının 10 nəfərə çatdığı, etirazçılardan bəzilərinin həbs olunduğu bildirilib.



© APA 2018