Dunya xəbərləri

İranda neft tankeri avtobusla toqquşub, 16 nəfər ölüb

14:36 11-07-2018

İranda neft tankeri avtobusla toqquşub, 16 nəfər ölüb

İranın Kürdüstan əyalətində neft tankeri sərnişin avtobusu ilə toqquşub, nəticədə 16 nəfər ölüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, Sənəndəc terminalında neft tankerinin sərnişin avtobusu ilə toqquşmasının ardınca partlayış baş verib. 


Hadisə nəticəsində daha 4 nəfər ağır yaralanıb. Yaralılar Sənəndəc xəstəxanasına yerləşdirilib.


Kürdüstan əyalətində 3 gün matəm elan olunub.



© APA 2018