Dunya xəbərləri

İran Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub - YENİLƏNİB

22:28 03-01-2018

İran Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub - YENİLƏNİB

İranın Piranşəhr sərhəd bölgəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam Respublikasının Keşikçilər Korpusundan (SEPAH) bildiriblər.

 

Məlumata əsasən,  yanvarın 3-də Piranşəhr sərhəd bölgəsində İran təhlükəsizlik qüvvələri ilə  bir qrup silahlı arasında atışma baş verib.

 

Atışma nəticəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həyatını itirib.

 

***

22:08

 

İranda baş verən iğtişaşlar zamanı İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) üç üzvü həlak olub.

 

APA-nın xəbərinə görə, bu barədə “Al Jazeera” telekanalı SEPAH-a istinadən xəbər verib.

 

İnsidentin ölkənin şimal-qərb bölgəsində silahlı şəxslərlə atışma nəticəsində baş verdiyi bildirilir. Digər təfərrüatlar barədə məlumat verilmir.



© APA 2018