Dunya xəbərləri

İranda daha bir zəlzələ olub - YENİLƏNİB

01:04 04-01-2018

İranda daha bir zəlzələ olub - YENİLƏNİB

İranın mərkəzi bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir

 

Yeraltı təkanların episentri Ravar şəhərindən 56  km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

***

 

23:34

 

İranın cənub-şərqində 3,7 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.

 

Yeraltı təkanların episentri Kirman şəhərindən 59  km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.



© APA 2018