Dunya xəbərləri

İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub

23:58 01-01-2018

İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub

Bu gün Qəzza zolağından İsrail ərazisinə raket zərbəsi endirilib.

 

APA-nın xəbərinə görə, bu barədə İsrail ordusunun nümayəndəsi bildirib.

 

İnsident nəticəsində zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Bundan əvvəl rəsmi Tel-Əviv son bir ay ərzində bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti «Həmas» hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra “Həmas” İsrailə qarşı raket hücumlarını artırıb.



© APA 2018